Azərbaycanda proqramçılar nə qədər əmək haqqı alır? (Araşdırma)

   Yerli IT ekosisteminin nümayəndələrini tez-tez Azərbaycanda IT sahədə iş barədə suallar maraqlandırır. "Ən çox tələbat nəyədir?", "müəyyən vəzifənin məvacibi nə qədər olmalıdır?", "hansı texnologiyalar aktiv istifadə olunur?", “tələbat nəyədir?” və sair bənzər suallara cavab tapmaq üçün bu sahənin əsas üzvləri olan - proqramçılar arasında kiçik bir sorğu keçirdik. Sorğu onlayn formada və iştrakçıların anonimliyini qorumaq şərti altında keçirilmişdir. İştrakçıları sorğunun konfidensiallığında əmin etmək üçün sorğuda heç bir e-mail, əlaqə nömrəsi, işlədiyi müəssənin adı soruşulmamışdır. Proqramçıların yer aldığı xüsusi qruplarda keçirilən bu sorğuda toplam 169 nəfər proqramçı iştirak etdi. Sorğunun nəticələrini şərh edərək sizlərlə bölüşürük.

Azərbaycanda bilinən texnologiyalar

 

Hesablamalara ilk öncə yerli proqramçıların hansı biliklərə yiyələnmiş olduqlarını öyrənməkdən başladıq. Qeyd edək ki, aşağıda gördüyünüz cədvəldə dil və ya “framework” kimi bölünmələr yoxdur. Söhbət ümumən bütün sahə ilə əlaqədar olan texniki biliklər barədədir. Cədvəl faiz dərəcələri əsasında formalaşıb. Məsələn, sorğuda iştirak etmiş 169 nəfərdən 87.6 faizi HTML texnologiyasını bildiyini qeyd edib. 

Paylaş:

Rəy Yaz